Yuxarı

TRACECA nəqliyyat dəhlizinin Azərbaycan seqmentində yükdaşıma 12% azalıb

Dəhliz vasitəsilə daşınmış yüklərin 1/7-ni tranzit yüklər təşkil edib

Bakı. 11 iyun. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 15 707,4 min ton, yük dövriyyəsi isə 3 044,8 mln. ton/km olub.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yüklərin 10 090,7 min tonu və ya 64,2%-i avtomobil nəqliyyatı, 4 233,2 min tonu və ya 27%-i dəmir yolu nəqliyyatı, 1 383,5 min tonu və ya 8,8%-i dəniz nəqliyyatı ilə daşınıb. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 12,3% azalma müşahidə edilib. Komitədən qeyd olunub ki, bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 24,6% və 43,9%) olub. 

Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7% artıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 14,4%-ni və ya 2 261,9 min tonunu tranzit yüklər təşkil edib. 

Cari ilin yanvar-aprel aylarında dəhliz vasitəsilə 109,7 mln. sərnişin daşınıb, sərnişin dövriyyəsi 2 211,9 mln. sərnişin/km olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması 2,2%, sərnişin dövriyyəsi isə 1,1% artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi