TRACECA ilə daşınmış yüklərin 18%-i tranzit yüklər olub

TRACECA ilə daşınmış yüklərin 18%-i tranzit yüklər olub Bakı. 19 fevral. REPORT.AZ/ 2018-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 52 673,9 min ton, yük dövriyyəsi isə 11488,8 mln. ton-km olub.
İnfrastruktur
19 Fevral , 2019 16:37
TRACECA ilə daşınmış yüklərin 18%-i tranzit yüklər olub

Bakı. 19 fevral. REPORT.AZ/ 2018-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 52 673,9 min ton, yük dövriyyəsi isə 11488,8 mln. ton-km olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yüklərin 33 235 min tonu və yaxud 63,1%-i avtomobil nəqliyyatı, 12 563,5 min tonu və yaxud 23,9%-i dəmir yolu nəqliyyatı, 6875,4 min tonu və yaxud 13%-i isə dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 17,7%-ni və yaxud 9 344,8 min tonunu tranzit yüklər təşkil edib.

Son xəbərlər

Orphus sistemi