Yuxarı

TRACECA dəhlizinin Azərbaycan seqmentində yükdaşıma azalıb

Geriləməyə əsas səbəb dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar olub

Bakı. 13 may. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi illik müqayisədə 12,4% azalıb. Bunun əsas səbəbi dəmir yolu (24,7%) və dəniz nəqliyyatı (44,0%) ilə yük daşınmasındakı azalmalar olub. Bu, Dövlət Statistika Komitəsindən "Report"a daxil olan məlumatda bildirilib.  

Belə ki, 2016-cı ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınması 11 835,9 min ton, yük dövriyyəsi isə 2314,1 mln. ton/km olub. Yüklərin 64,1%-i avtomobil nəqliyyatı, 27,0%-i dəmir yolu nəqliyyatı, 8,9%-i dəniz nəqliyyatı ilə daşınıb. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8% artıb. 

Dəhliz vasitəsilə daşınmış yüklərin 14,7%-ni tranzit yüklər təşkil edib.

Hesabat dövründə dəhliz vasitəsilə 82,7 mln. sərnişin daşınıb, sərnişin dövriyyəsi 1 663,6 mln. sərnişin/km olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması 2,3%, sərnişin dövriyyəsi isə 1,3% artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi