Yuxarı
    Bağlamaq

    "Toyota" uçan avtomobil istehsalına başlayacaq

    Hazırda layihə üzərində iş gedir

    Bakı. 15 may. REPORT.AZ/ Yaponiyanın "Toyota" şirkəti uçan avtomobil hazırlamaq niyyətindədir. 

    "Report" İndependent" qəzetinə istinadən xəbər verir ki, şirkət "SkyDrive" layihəsini reallaşdırmaq məqsədilə təqribən 350 min dollar sərmayə qoymağı planlaşdırır.

    Reaktiv avtomobilin sınaq uçuşlarının 2018-ci ilin sonunda reallaşdırılması planlaşdırılır. Tərtibatçıların hesablamalarına əsasən, 2020-ci ildə onlar Tokioda Olimpia alovunun yandırılma mərasimində iştirak edə bilərlər.

    Hazırda "SkyDrive" layihəsinin üzərində "Toyota" şirkətinin mühəndisləri çalışırlar.

    Uçan avtomobil havaya rotor vasitəsilə qalxacaq. Maşın 10 metr hündürlüyədək yüksələ və sürətini 100 km/saat artıra biləcək. Maşın həmçinin yerdə də hərəkət etmək qabiliyyətinə malik olacaq. Yer maşının sürəti saatda 150 km təşkil edəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi