Torpaq sürüşməsi təhlükəsi olan sahələrdə tikinti işlərinin aparılması qadağan edilib

Torpaq sürüşməsi təhlükəsi olan sahələrdə tikinti işlərinin aparılması qadağan edilib Nazirlər Kabineti sözügedən ərazilərdə tikinti işlərini qadağan edən qərar imzalayıb
İnfrastruktur
31 Yanvar , 2016 01:09
Torpaq sürüşməsi təhlükəsi olan sahələrdə tikinti işlərinin aparılması qadağan edilib

Bakı. 31 yanvar. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində coğrafi koordinatları müəyyən edilmiş torpaq sürüşməsi təhlükəsi olan sahələrin xəritələrinin təsdiq edilməsi və bu sahələrdə tikinti işlərinin qadağan edilməsi haqqında” qərar imzalayıb.

“Report” xəbər verir ki, qərara əsasən, torpaq sahəsinin mənsubiyyətindən asılı olmayaraq, torpaq sürüşməsi təhlükəsi olan sahələrdə sürüşməyə qarşı tədbirlər istisna olmaqla, tikinti işlərinin aparılması qadağan edilib.


Qərarın icrasına nəzarət Fövqəladə Hallar Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib.

Son xəbərlər

Orphus sistemi