Bu il torpaq müfəttişləri 480-dən çox qanunvericiliyin tələblərinin pozulması halları aşkar edib

Bu il torpaq müfəttişləri 480-dən çox qanunvericiliyin tələblərinin pozulması halları aşkar edib Sumqayıt, Quba və Xaçmazda 150 mindən çox daşınmaz əmlakın qiymətləndirilməsi aparılıb
İnfrastruktur
1 Aprel , 2016 20:00
Bu il torpaq müfəttişləri 480-dən çox qanunvericiliyin tələblərinin pozulması halları aşkar edib

Bakı. 1 aprel. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) növbəti “Kütləvi çıxarış” kampaniyasını aprelin 1-də Bakının Sabunçu rayonunda həyata keçirib. “Report” Komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, kampaniya zamanı 100-ə yaxın vətəndaş komitənin mobil ofislərində birbaşa ünvanlarında qeydiyyat xidmətlərindən faydalanıb.

Kampaniya çərçivəsində Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi ilə əlaqədar Pirşağı və Kürdəxanı qəsəbə sakinlərindən dövlət ehtiyacı üçün alınan, əvəzində verilən yeni torpaq sahələrinə dair 60-a yaxın vətəndaşa çıxarışlar təqdim olunub. Eyni zamanda, 40-a yaxın sakindən ilkin mülkiyyət sənədləri qəbul edilib.

Bundan əlavə, kampaniyada “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanuna əsasən vətəndaşların mülkiyyət hüquqlarını təsdiq edən ilkin sənədlər əsasında onlara çıxarışlar verilib. Bu sənədlərə mənzillərə dair orderlər, aktlar, mülkiyyət barədə qeydiyyat vəsiqələri, torpaq sahəsinə dair sovet dövründə sovxoz və kolxozlar tərəfindən verilmiş əmrlər və digər hüquqi sənədlər aiddir.

Bununla yanaşı, kampaniya çərçivəsində qeydiyyat orqanının əməkdaşları mobil ofislər vasitəsilə (ayrılmış xüsusi nəqliyyat vasitələrində) birbaşa vətəndaşların yaşadığı ünvanlarda qeydiyyat sənədlərini qəbul edirlər və hazır çıxarışları sahiblərinə təqdim edirlər.

Tədbir zamanı vətəndaşlara bildirilib ki, ƏMDK yaxın zamanda başladığı yeni hüquqi məsləhət xidmətini hazırda davam etdirir. İstənilən vətəndaş daşınmaz əmlakla bağlı rəsmi əməliyyat aparmazdan əvvəl bir ünvana – birbaşa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət edib təmənnasız olaraq hüquqi yardım ala bilirlər. Onların qeydiyyat, prosedurlar və zəruri sənədlərlə bağlı istənilən sualları cavablandırılır və istiqamət verilir. Bu xidmətdə başlıca məqsəd daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilik və prosedurlar barədə vətəndaşları maarifləndirmək və göstərilən xidmətləri daha da sadələşdirməkdir.

Komitə Bakı və regionlarda mütəmadi monitorinqlər aparılır. Monitorinqlərin məqsədi torpaqların təyinatdan kənar və əsassız istifadə edilməsi, özbaşına zəbt olunması, qanunsuz tikintilərin aparılması hallarını müəyyən etməkdir. 2016-cı ildə torpaq müfəttişləri tərəfindən 480-dən çox qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib. Həmin pozuntularla bağlı qanunvericiliyə əsasən inzibati tədbirlər görülüb, cərimə və ya sanksiyalar tətbiq edilib.

Qeyd edək ki, sözügedən tədbirlərlə yanaşı Komitə daşınmaz əmlakın fərdi və ya kütləvi qaydada qiymətləndirilməsi xidmətlərini də təklif edir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət etməklə xidmətdən istifadə etmək mümkündür. Eyni zamanda, komitə tərəfindən indiyədək Sumqayıt, Quba və Xaçmazda daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi layihəsi həyata keçirilib. Belə ki, hər üç rayon üzrə bütövlükdə 150 mindən çox daşınmaz əmlakın qiymətləndirilməsi aparılıb.

Son xəbərlər

Orphus sistemi