Tofiq İsmayılov: “Bakı funikulyoru turistlərə ödənişsiz xidmət göstərir”

Tofiq İsmayılov: “Bakı funikulyoru turistlərə ödənişsiz xidmət göstərir” “Qurğudan istifadəyə qiymətin təyin edilməsi Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan məsələdir”
İnfrastruktur
26 Avqust , 2016 13:48
Tofiq İsmayılov: “Bakı funikulyoru turistlərə ödənişsiz xidmət göstərir”

Bakı. 26 avqust. REPORT.AZ/ "Bakının mərkəzində yerləşən funikulyor Azərbaycan paytaxtına gələn turistlərə ödənişsiz xidmət göstərir". 

Bunu "Report"a açıqlamasında Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov deyib. 

Onun sözlərinə görə, funikulyor 2012-ci ilin may ayından ödənşsiz fəaliyyət göstərir: "Yerli sakinlərlə yanaşı turistlərə də pulsuz xidmət göstəririk".

T.İsmayılov qeyd edib ki, qurğudan istifadəyə qiymətin təyin edilməsi Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan məsələdir.

T.İsmayılov onu da bildirib ki, bir neçə gündür texniki nasazlıq səbəbindən funikulyor fəaliyyətini dayandırıb: "Hazırda ehtiyat hissəsinin gəlməsini gözləyirik. Yaxın günlərdə qurğunun fəaliyyəti bərpa olunacaq".

Son xəbərlər

Orphus sistemi