Yuxarı
    Bağlamaq

    Tbilisidə avtobuslarda gediş haqqı artırılır

    Qısa məsafələrə getmək bahalaşıb

    Bakı. 8 mart. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində qısa məsafələrə hərəkət edən mikroavtobuslarda gediş haqqı 0,1 lari (təxminən 0,04 dollar) bahalaşıb. 

    "Report" "Sputnik" saytına istinadən xəbər verir ki, bu barədə "Tbilisi Mikroavtobusu" şirkətinin açıqlamasında bildirilib.

    Hazırda Tbilisidə mikroavtobuslarla uzunməsafəli marşurtlarda gediş haqqı 0,8 lari (təxminən 0,3 dollar), qısaməsafli marşrutlarda (paytaxtın mərkəzindən kənar rayonlara) 0,4 laridən 0,5 lariyədək (təxminən 0,16-0,20 dollar) təşkil edir.

    Metro və avtobuslarda isə gediş haqqı 0,5 laridir (təqribən 0,2 dollar).

    Şirkət qiymət artımını əsaslandıraraq bildirib ki, menecment şirkətin nöqsansız işləməsini təmin etmək imkanına sahib olmalı, sərnişinlərin daşınma şərtlərini yaxşılaşdırmalı, avtomobil parkının yenilənməsini davam etdirməli və əməkdaşlarının əmək hüquqlarını qorumalıdır.

    Qeyd edək ki, "Tbilisi Mikroavtobusu" şirkəti 2011-ci ildən paytaxtda sərnişindaşıma xidmətləri göstərir. Bu vaxta qədər şirkətin tariflərində heç bir dəyişiklik edilməyib. Hazırda şirkətin 4 min işçisi var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi