THY: İstanbul-Gəncə reysi ilə uçan təyyarə Gəncə Hava Limanına enib

THY: İstanbul-Gəncə reysi ilə uçan təyyarə Gəncə Hava Limanına enib Qatı duman səbəbindən Naxçıvan aeroportunda gözləməyə məcbur olan İstanbul-Gəncə reysi ilə uçan təyyarə Gəncə Hava Limanına enib
İnfrastruktur
2 Dekabr , 2017 13:00
THY: İstanbul-Gəncə reysi ilə uçan təyyarə Gəncə Hava Limanına enib

Bakı. 2 dekabr. REPORT.AZ/ Qatı duman səbəbindən Naxçıvan aeroportunda gözləməyə məcbur olan İstanbul-Gəncə reysi ilə uçan təyyarə Gəncə Hava Limanına enib. 

Bunu “Report”a uçuşu həyata keçirən “Türk Hava Yolları”nın Azərbaycan nümayəndəliyinin rəhbəri Seyfullah İlyas deyib.

Onun sözlərinə görə, təyyarənin Naxçıvanda qrafikdən artıq gözləməsinin səbəbi Gəncə aeroportunda qatı dumanın olmasıdır: “Bizim reyslər Naxçıvan üzərindən həyata keçirilir. Yəni təyyarələrimiz Naxçıvan hava limanında eniş edir, daha sonra isə Gəncəyə uçur. Məlum səbəbdən yubanma olduğu üçün sərnişinlərimiz bir qədər narahat olublar. Amma belə hallarda biz öz sərnişinlərimizə yardım edirik. Gəncə Hava Limanında duman çəkildiyi üçün təyyarə aeroporta uğurlu eniş edib”.

Xəbər verdiyimiz kimi, bu gün baş tutmalı olan İstanbul-Gəncə reysi qatı duman səbəbindən yubanmışdı. THY tərəfindən İstanbul-Gəncə reysi ilə uçan təyyarə yerli vaxtla 08:30-da Gəncəyə eniş etməli idi.

Xatırladaq ki, bu reys həftənin şənbə və bazar günləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi