Dayanacaqlardakı monitorlarda avtobusların hərəkət qrafiki haqda dəqiq məlumatlar yerləşdiriləcək

Dayanacaqlardakı monitorlarda avtobusların hərəkət qrafiki haqda dəqiq məlumatlar yerləşdiriləcək Hazırda bununla bağlı test işləri aparılmaqdadır
İnfrastruktur
22 Oktyabr , 2015 17:04
Dayanacaqlardakı monitorlarda avtobusların hərəkət qrafiki haqda dəqiq məlumatlar yerləşdiriləcək

Bakı. 22 oktyabr. REPORT.AZ/ Hazırda avtobus dayanacaqlarındakı "Avtobus İnformasiya Terminalları"nda ictimai nəqliyyat vasitələrinin dayanacaqlara çatacaqları real vaxtların əks olunması istiqamətində işlər aparılır.

"Report" xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumata görə, avtobuslarda yeni quraşdırılan izləmə cihazı vasitəsilə toplanan məlumatlar avtomatik olaraq dayanacaqlardakı monitorlara ötürüləcək. Hazırda bununla bağlı test işləri aparılmaqdadır.

"Sərnişinlər dayanacaqda olarkən monitora baxaraq ən yaxın avtobusun (marşrutlar üzrə) neçə dəqiqəyə çatacağı haqqında mütəmadi məlumatlandırılacaq. Çox yaxın müddətdə bütün dayanacaqlardakı monitorlarda avtobusun çatma vaxtı haqda dəqiq məlumatlar yerləşdiriləcək. Bu xüsusi proqramın mobil versiyası üzərində də işlər aparılır və yaxın gələcəkdə istifadə veriləcək", - NİİM-in məlumatında deyilir.

Son xəbərlər

Orphus sistemi