Təxirə salınmış Bakı-London-Bakı reysinin dəqiq uçuş tarixi müəyyənləşib

Təxirə salınmış Bakı-London-Bakı reysinin dəqiq uçuş tarixi müəyyənləşib Uçuşlar 17-18 sentyabr tarixlərində həyata keçiriləcək
İnfrastruktur
17 Sentyabr , 2017 03:56
Təxirə salınmış Bakı-London-Bakı reysinin dəqiq uçuş tarixi müəyyənləşib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Ötən gün Təxirə salınan Bakı-London-Bakı reysinin dəqiq uçuş tarixi müəyyənləşib.

"Report" xəbər verir ki, AZAL-ın yerinə yetirəcəyi "J2 008" saylı təyyarə reysi sentyabrın 17-si 18:05-də Bakıdan Londona yola düşəcək.

Təyyarə əks istiqamətdə isə sentyabrın 18-i saat 06:35-də havaya qalxacaq.

"J2 008" saylı təyyarə sentyabrın 16-sı axşam saatlarında Bakıdan Londona uçmalı və sentyabırn 17-si gecə saat 01:05 radələrində isə geri qayıtmalı idi. Lakin təyyarənin sənədlərində yaranan problem səbəbindən hər iki istiqamətdə uçuş təxirə salınıb.

AZAL bütün sərnişinlərin yerləşmə, qalma və qidalanma xərclərini təzminat olaraq öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi