Yuxarı

​Təxirə salınan Bakı-Moskva aviareysi sabah yerinə yetiriləcək

Mövsümdən və tələbatdan asılı olaraq Vnukovo hava limanına reyslərin sayı dəyişir

Bakı. 17 noyabr. REPORT.AZ/ Dünən saat 15:00-da yerinə yetirilməli olan Bakı-Moskva aviareysi təxirə salınaraq noyabrın 18-də yerinə yetiriləcək.

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin mətbuat xidmətindən "Report"a bildirilib ki, AZAL Moskva istiqamətində həm Domodedovo, həm də Vnukovo hava limanlarına reyslər həyata keçirir: "Domodedovo hava limanına dəyişməz olaraq Bakıdan gündə iki dəfə klassik reyslər, Vnukovo hava limanına isə aşağı büdcəli reyslər yerinə yetirilir".

"Mövsümdən və tələbatdan asılı olaraq Vnukovo hava limanına reyslərin sayı dəyişir. Məsələn, noyabrın 23-dən dekabrın 24-dək Domodedovo hava limanına gündə iki reys, Vnukovo hava limanına isə həftədə bir dəfə - bazar günləri reys həyata keçiriləcək. Dekabrın 24-dən yanvarın 11-ə kimi Vnukovo hava limanına gündə bir dəfə reys həyata keçiriləcək", - deyə AZAL-dan bildirilib.

Qeyd edək ki, Vnukovo hava limanına Bakı-Moskva aviareysi saat 15:00-da, əks istiqamətə isə 22:00 yerinə yetirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi