Yuxarı

​"Təmiz Şəhər"ə yeni sədr təyin edilib

Bu vəzifəyə Etibar Abbasov gətirilib

Bakı. 28 iyun. REPORT.AZ/ "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. 

"Report" xəbər verir ki, bu vəzifəyə Etibar Abbasov gətirilib.

O, buna qədər ASC-nin İdarə Heyətinin sədr müavini olub.

Xatırladaq ki, "Təmiz Şəhər"in sabiq rəhbəri Zahir İbrahimov Prezident İlham Əliyevin 2016-cı il mayın 26-da imzaladığı sərəncamla "AzerGold" ASC-nin İdarə Heyətinin sədri təyin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi