"Təmiz Şəhər" Balaxanıda su və kanalizasiya sisteminin qurulmasına dəstək olur

"Təmiz Şəhər" Balaxanıda su və kanalizasiya sisteminin qurulmasına dəstək olur Hazırda işlərin 80%-dən çoxu yerinə yetirilib və yaxın zamanda tamamilə başa çatdırılacaq
İnfrastruktur
22 Sentyabr , 2015 20:46
Təmiz Şəhər Balaxanıda su və kanalizasiya sisteminin qurulmasına dəstək olur

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bakı şəhərində Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun tikilməsi zavodun yerləşdiyi Balaxanı qəsəbəsində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək olmaqla yanaşı, qəsəbənin kommunal infrastrukturunun inkişaf etdirilməsinə də müsbət təsir göstərib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “Report”a verilən məlumata görə, zavodun tikilməsi məqsədilə Fransanın "CNIM S.A." şirkəti ilə İqtisadiyyat və Sənaye Nazirliyi arasında 2008-ci ildə bağlanmış podrat müqaviləsinin xüsusi şərtlərinə əsasən, müştərək hesabdakı məbləğin müəyyən hissəsi mərhələlərlə xeyriyyəçilik və Balaxanı qəsəbəsində həyata keçiriləcək sosial layihələr üçün xərclənəcək.

Tərəflərin razılığı ilə prioritet layihə kimi Balaxanı qəsəbəsinin qəsəbədaxili su və kanalizasiya şəbəkəsinin, həmçinin qəsəbəxarici magistral su və kanalizasiya boru kəmərlərinin və nasosxanaların tikintisinin bir hissəsinin maliyyələşdirilməsi seçilib. Bu məqsədlə İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Təmiz Şəhər" ASC-nin təsisçiliyi ilə yaradılmış Balaxanı Sosial İnkişaf Fondu ilə "Azərsu" ASC arasında 2012-ci ildə müqavilə imzalanıb. Müqaviləyə əsasən, Balaxanı qəsəbəsində su və kanalizasiya sisteminin su xətlərinin çəkilişi bu xeyriyyə layihəsi hesabına maliyyələşdirilir. Hazırda işlərin 80%-dən çoxu yerinə yetirilib və yaxın zamanda tamamilə başa çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi