Bakı. 25 dekabr.REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin Xətai prospektində (Təhsil Nazirliyinin qarşısı) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumatda bildirilib.
Eyni zamanda, Ziya Bünyadov prospekti ("20 Yanvar" metrosu istiqamətində - nisbi sıxlıq) və Tbilisi prospektində (Nəqliyyat Nazirliyinin qarşısı) avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.