Yuxarı
    Bağlamaq

    Tehran-Bakı aviareysi təxirə salınıb

    İran şirkətinin yerinə yetirməli olduğu uçuşun baş tutmamasının səbəbi məlum deyil

    Bakı. 29 iyul. REPORT.AZ/ Tehrandan (İran) Bakıya bu gün həyata keçirilməli olan aviareys təxirə salınıb. 

    Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat "Report"a təsdiqlənsə də, uçuşun baş tutmamasının səbəbinə aydınlıq gətirilməyib. 

    Qeyd edək ki, Y9 7197 nömrəli aviareysi İranın “Kish Air” şirkəti bu gün səhər saat 11:10-da həyata keçirməli idi. Uçuşun İmam Xomeyni Hava limanından "A321-200” markalı sərnişin təyyarəsi ilə reallaşdırılması nəzərdə tutulmuşdu.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi