Metropoliten rəsmisi: "Texniki məsələlərin tam həllindən sonra metroda “WiFi” qurula bilər"

Metropoliten rəsmisi: "Texniki məsələlərin tam həllindən sonra metroda “WiFi” qurula bilər" Bakı metrosunda “WiFi” sisteminin “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi tərəfindən müəyyən təhlükəsiz sistemi nəzərə alınmaqla gələcəkdə qurulması planlaşdırılır.
İnfrastruktur
13 Aprel , 2019 15:42
Metropoliten rəsmisi: Texniki məsələlərin tam həllindən sonra metroda “WiFi” qurula bilər

"Bakı metrosunda “WiFi” sisteminin “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi tərəfindən müəyyən təhlükəsiz sistemi nəzərə alınmaqla gələcəkdə qurulması planlaşdırılır".

“Report” xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov açıqlaması zamanı bildirib. 

Onun sözlərinə görə, texniki məsələlər tam həll olunduqdan, təhlükəsizlik təmin olunduqdan sonra bu barədə danışmaq olar.

“Əsas məqsədimiz hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bundan sonra biz, radiodalğalardan istifadə olunması ilə bağlı məlumat verəcəyik. Həmin “WiFi” sistemi müəyyən radiodalğalarla interferensiya olunacaq.  “WiFi” sistemini tezliklə  həyata keçirmək üçün hərəkətin təhlükəsizliyinə mane olan sistemlərin olmaması məqsədilə mütəmadi olaraq araşdırmalar aparılır. Bütün tezliklər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim olunur. “WiFi” şəbəkəsinin də tezliyi var və bu avadanlıqlar müəyyən diapazonda işləməlidir. Ona görə də gələcək üçün bizdə çox böyük işlər nəzərdə tutulur”, - E.Məmmədov əlavə edib.

Son xəbərlər

Orphus sistemi