Yuxarı
    Bağlamaq

    Tbilisidə BTQ dəmir yolu layihəsi üzrə koordinasiya şurasının növbəti iclası keçirilib

    Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, yol uzrə aparılan tikinti, bərpa və yenidənqurma işləri müzakirə olunub© Report.az

    Tbilisi. 12 iyun.REPORT.AZ/ Bu gün Tbilisidə Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üzrə koordinasiya şurasının novbəti iclası keçirilib.

    "Report"un Gurcüstan bürosu xəbər verir ki, iclasda əsasən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, yol üzrə aparılan tikinti, bərpa və yenidənqurma işləri müzakirə olunub.

    Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini, koordinasiya şurasının həmsədri Qeorqi Çerkezişvili tədbiri açaraq ölkələrimiz arasındakı iqtisadi, siyasi, mədəni əlaqələrdən danışıb, BTQ dəmir yolu və digər regional layihələrin münasibətlərimizin inkişafında mühüm rol oynadığını bildirib.

    Azərbaycan Dəmir Yolları QSC-nin sədri, koordinasiya şurasının həmsədri Cavid Qurbanov bildirib ki, bu gün Azərbaycan və Gürcüstanın birgə reallaşdırdığı Bakı-Tbilisi-Qars və digər layihələr xalqlarımızın rifah halının yaxşılaşmasına xidmət edir. İnanırıq ki, BTQ, eləcə də digər layihələr təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avropanın inkişafında, Avropa ilə Asiyanın birləşməsində mühüm rol oynayacaq.

    Sonra iclasda BTQ-nin Marabdadan Türkiyə sərhədinə qədər olan hissəsində gedən reabilitasiya, yenidənqurma və yolun tikintisi, "Marabda-Kartsaxi" dəmir yolunun 2017-ci il üçün büdcəsi, Marabda-Turkiyə dəmir yol üzrə yeni bərpa və yenidənqurma işləri üzrə müqaviləyə dəyişikliklərin olunması, Zalqa-Axalkalaki keçid məntəqəsinin vəziyyəti, Axalkalaki-Kartsaxi yolunda yeni infrastrukturun tikintisi və s. məsələlər müzakirə olunub. İclasda, həmçinin koordinasiya şurasının 24-cü iclasının qərarlarının icrası və digər məsələlərə də baxılıb.

    İclasda Azərbaycan tərəfindən Xarici İşlər nazirinin müavini Xələf Xələfov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev, maliyyə nazirinin müavini Emin Hüseynov, Dövlət Neft Fondunun layihələr şöbəsinin müdiri Rəhim Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi