Tbilisi-Bakı təyyarə reysi gecikir

Tbilisi-Bakı təyyarə reysi gecikir Bakı. 23 iyun. REPORT.AZ/ Bu gün Tbilisidən Bakıya gəlməli olan təyyarə reysi gecikir.
İnfrastruktur
23 İyun , 2018 13:32

Bakı. 23 iyun. REPORT.AZ/ Bu gün Tbilisidən Bakıya gəlməli olan təyyarə reysi gecikir.

“Report”un məlumatına görə, Azərbaycanın aşağı büdcəli aviareysi olan “Buta Airways”in “J2 9224” reysi yerli vaxtla 11:50-də həyata keçirilməli olsa da, təyyarə hələ də Bakıya çatmayıb. 

Amma hava limanında gözləyən insanlara bunun səbəbi barədə heç bir məlumat verilməyib. 

Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Report”a açıqlamasında bildirib ki, təyyarə biletlərin qeydiyyatı sahəsində yaranan ümumi problemlərə görə yubanır: “Problem AZAL-la bağlı deyil, çünki, bu, ümumi məsələdir. Problemin aradan qalxması üçün lazımi addımlar atılır. Uçuşun təxirə salınması planlaşdırılmır. Lakin uçuşun nə zaman bərpa olunacağı barədə dəqiq məlumat deyə bilmərəm”.

Son xəbərlər

Orphus sistemi