Yuxarı

Yeni Tbilisi-Bakı sürət qatarına bilet satışı başlayıb

Artıq Bakı-Tbilisi-Bakı sürət qatarına bilet satışı hər iki istiqamətə aparılır

Bakı. 26 oktyabr. REPORT.AZ/"Azərbaycan Dəmir Yolları" QSC sərnişin qatarlarında xidmət səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bir sıra layihələr həyata keçirir.

Cəmiyyətdən "Report"a daxil olan xəbərə görə, Gürcüstandan Azərbaycana gələn 37 №-li Tbilisi-Bakı sürət qatarına dəmir yolu biletləri əldə etmək istəyən sərnişinlər artıq Bakı sərnişin vağzalındakı 2 №-li bilet kassasına müraciət edə bilərlər.

Sərnişinlər bu günə kimi Bakı-Tbilisi-Bakı sürət qatarına ancaq bir istiqamətə - yalnız Bakıdan bilet ala bilirdilərsə, hazırda bilet satışı hər iki istiqamətə aparılır.

Xatırladırıq ki, 2013-cü ilin avqust ayının 6-dan etibarən 2 №-li bilet kassasında Rusiya və Ukrayna dövlətlərinin ərazisində hərəkət edən sərnişin qatarlarına və geriyə Azərbaycana bilet satışı uğurla aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi