Tarif Şurası: Sərnişindaşımada qiymət dəyişikliyi hazırda müzakirə olunmur

Tarif Şurası: Sərnişindaşımada qiymət dəyişikliyi hazırda müzakirə olunmur Abbas Əliyev: "Hazırda bu mövzu gündəmdə deyil"
İnfrastruktur
24 Dekabr , 2014 19:09
Tarif Şurası: Sərnişindaşımada qiymət dəyişikliyi hazırda müzakirə olunmur

Bakı. 24 dekabr. REPORT.AZ/ “Hazırda Tarif Şurasında sərnişindaşımanın tariflərinin dəyişdirilməsi ilə bağlı məsələlər müzakirə edilmir”.

“Report”un verdiyi xəbərə görə, bu barədə Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev bildirib. 

Onun sözlərinə görə, hazırda bu mövzu gündəmdə deyil.

Qeyd edək ki, bir sıra kütləvi informasiya vasitələrində yeni ildən sərnişindaşıma qiymətlərində artım olacağı ilə bağlı məlumatlar yayılıb. Hətta Nəqliyyat Nazirliyi tərəfindən Tarif Şurasına müraciət ediləcəyi barədə də bildirilib. 

Son xəbərlər

Orphus sistemi