Bakı. 16 sentyabr. REPORT.AZ/ Albaniya tarixində ilk dəfə Trans-Adriatik Boru Kəmərinin (TAP) çəkilişi prosesində uzunluğu 92 metr, eni 7 metr olan körpü yenidən təmir edilib. “Report”un “TAP AG”dən əldə etdiyi məlumata görə, körpü Fier şəhərinin girişində, Mbrostar adlı ərazidə yerləşir.
Məlumata görə, yenidən qurulan körpü Dürres (Durres) şəhəri ilə Cənubi Albaniya (Vlore) arasında əsas əlaqə yoludur.
Ümumilikdə, 6 həftə ərzində davam edən bərpa işləri nəticəsində körpünün yükgötürmə potensialı artırılıb, yeni dayaqlar bərkidilməklə yanaşı bir qədər genişləndirilib.
Qeyd edək ki, görülən işlər nəqliyyatın hərəkəti dayandırılmadan həyata keçirilib.