Yuxarı
    Bağlamaq

    Taleh Ziyadov: "Ələt limanı regional logistika mərkəzinə çevriləcək"

    Bu gün ilk dəfə Çindən Azərbaycana sınaq konteyner qatarı gəlib

    Bakı. 3 avqust. REPORT. AZ/ Azərbaycanın Ələt qəsəbəsində yerləşən dəniz limanı yaxın vaxtlarda regional logistika mərkəzinə çevriləcək. "Report" xəbər verir ki, bunu Bakı Beynəlxalq Ticarət Limanının rəhbəri Taleh Ziyadov Beynəlxalq Transxəzər Marşrutu üzrə Ələt limanına Çindən gələn ilk konteyner qatarının qarşılanma mərasimidə çıxışı zamanı bildirib.

    O, çıxışı zamanı ticarət limanının yaranma tarixindən danışıb və bu sınaq konteyneri təşəbbüsünün həyata keçirilməsində Azərbaycan, Qazaxıstan və Gürcüstanın səylərini xüsusi qeyd edib. 

    "İlk konteyner həm də simvolik məna daşıyır. Ələt yaxın vaxtlarda regionda logistika mərkəzinə çevriləcək. Burada limanla yanaşı logistika mərkəzləri də qurulacaq. Artıq logistik ticarət zonasının planı da hazırdır", - deyə T.Ziyadov vurğulayıb.

    Qeyd edək ki, bu gün ilk dəfə Çindən Azərbaycana sınaq konteyner qatarı gəlib. İyulun 28-də Çinin Şixezi şəhərindən çıxan qatar heyəti 82 konteyner və 41 platform vaqondan ibarətdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi