Bakı. 18 mart.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin icraçı direktoru Taleh Ziyadov bildirib.
Onun sözlərinə görə, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və İqtisadiyyat Nazirliyi ilə birgə qarşıdakı altı ayda beynəlxalq mütəxəssisləri cəlb etməklə, lazımi hüquqi baza hazırlayacaq: "Ümidvarıq ki, bu zona gələn ildən tam fəaliyyət göstərəcək. Dünyanın Dubay, Honkonq, Sinqapur, Şanxay kimi nəhəng nəqliyyat-logistika mərkəzinə çevriləcək".