Tala çayı üzərində yerləşən avtomobil körpüsünün əsaslı təmiri başa çatıb

Tala çayı üzərində yerləşən avtomobil körpüsünün əsaslı təmiri başa çatıb Körpünün eni hər iki istiqamət üzrə 1,5 metr enində genişləndirilərək, 9,5 metrdən 12,5 metrə çatdırılıb
İnfrastruktur
12 Oktyabr , 2017 09:35
Tala çayı üzərində yerləşən avtomobil körpüsünün əsaslı təmiri başa çatıb
Azeravtoyol.gov.az

Bakı. 12 oktyabr. REPORT.AZ/ Zaqatala şəhərində, Tala çayı üzərində yerləşən avtomobil körpüsünün əsaslı şəkildə təmiri işləri yekunlaşır.

"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, ötən əsrin 60-cı illərində inşa edilmiş 132 metr uzunluğundakı körpünün əsaslı şəkildə təmiri işləri zamanı hərəkət hissəsinin genişləndirilməsi üçün müvafiq işlər aparılıb.

"Layihəyə uyğun olaraq, körpünün üzərinin dəmir konstruksiyalarının qurulması işləri aparılıb. Sözügedən işlər çərçivəsində körpünün eni hər iki istiqamət üzrə 1,5 metr enində genişləndirilərək, 9,5 metrdən 12,5 metrə çatdırılıb. Nəticədə yolun hərəkət hissəsi mövcud 7 metr deyil, 9,5 metr təşkil edəcək. Daha sonra körpünün üzərinə monolit-beton döşənib.

Vətəndaşların körpünün kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün 1,5 metr enində piyada səkiləri inşa edilir. Yolun hərəkət hissəsi ilə səkilərin arasında xüsusi təkərqaytaran dəmir-beton qoyulacaq, körpünün kənarlarına yeni mühəccərlər quraşdırılacaq.

Təmir-tikinti işləri çərçivəsində körpüdə əlavə bərkitmə işləri aparılır. Bu isə körpünün yükgötürmə qabiliyyətini artırır. Yenidənqurma işləri tam olaraq bitdikdən sonra körpünün üzərinə yeni asfalt-beton örtük döşənəcək.

Ümumiyyətlə, sözügedən körpüdə işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub",- deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, dövlət başçısının “M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən yol boyu yerləşən daha 4 avtomobil körpüsünün də əsaslı şəkildə təmiri nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi