Yuxarı

Azərbaycanda taksi xidmətindən istifadə edən sərnişinlərin sayı 4%-i ötüb

Taksi xidmətindən istifadə edən sərnişinlərin sayı 4%-i ötüb

Cari ilin yanvar-iyul ayı ərzində nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi olan avtomobil nəqliyyatı sektorunda 83,2 mln ton yük, 983,7 mln sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, 2018-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,6% və 2,1% artım qeydə alınıb.

Sərnişinlərin 95,9%-i avtobus, 4,1%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Qeyd olunan dövrdə yük dövriyyəsi 2,6%, sərnişin dövriyyəsi isə 2,2% artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi