Tacikistan nümayəndə heyəti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı Azərbaycanda təlim səfərindədir

Tacikistan nümayəndə heyəti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı Azərbaycanda təlim səfərindədir Səfər mart ayının 13-dək davam edəcək
İnfrastruktur
10 Mart , 2016 12:22
Tacikistan nümayəndə heyəti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı Azərbaycanda təlim səfərindədir

Bakı. 10 mart. REPORT.AZ/ Tacikistanın daşınmaz əmlakın qeydiyyatı və kadastrı üzrə müvafiq dövlət qurumunun 10 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana təlim səfərinə gəlib.

Əmlak Məsələləri Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, səfərin məqsədi ölkə rəhbərliyinin tapşırığı ilə mülkiyyət hüquqlarının qeydiyyatı sistemi, daşınmaz əmlakın kadastrı, torpaq idarəçiliyi ilə bağlı Azərbaycanda aparılmış islahatlarla tanış olmaq, Azərbaycan təcrübəsindən yararlanmaqdır.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Tacikistan nümayəndə heyəti üçün martın 10-da Komitənin İnformasiya Texnologiyaları Mərkəzində “Daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində Azərbaycan təcrübəsi” mövzusunda təlim-seminar keçirilib. Tədbir çərçivəsində qeydiyyat və kadastr sistemi ilə bağlı müxtəlif çıxış və təqdimatlar olub. Eyni zamanda, səfər çərçivəsində kadastr və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, prosedurlar və sənədlər, rəqəmsal kadastr xəritələri, informasiya sistemlərinin idarə olunması ilə bağlı digər təlim-seminarlar da təşkil edilib. Səfər mart ayının 13-dək davam edəcək.

Tədbir çərçivəsində nümayəndə heyəti daşınmaz əmlakın və torpaqların kadastrı ilə bağlı layihələr və əmlaka dair mövcud informasiya sistemləri ilə tanış olublar. Bildirilib ki, bu sistemlərə Milli Avtomatlaşdırılmış Əmlak Sistemi, Torpaqların Elektron Uçotu İnformasiya Sistemi, Ünvan Reyestri İnformasiya Sistemi və Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi Sistemi aiddir. Tədbirdə qeydiyyat və kadastr sahəsində nailiyyətlərimizin beynəlxalq aləmdə də yüksək qiymətləndirildiyi vurğulanıb.

Tədbirdə Tacikistan nümayəndə heyətinin rəhbəri Suhrob Kuçakşoyev səfərdən məmnun olduqlarını ifadə edib. Səfər nəticəsində geniş təcrübə və qeyd olunan sahədə geniş biliklər əldə etdiklərini qeyd ediblər. Onlar üçün təşkil edilmiş ətraflı və praktik seminarlara görə təşəkkürlərini bildiriblər. Daşınmaz əmlakın qeydiyyatında və kadastrında Azərbaycan təcrübəsi yüksək qiymətləndirilib, bu sahədə əməkdaşlığın önəmi xüsusi vurğulanıb. Aparılan qarşılıqlı səfərlərin, böyük təcrübə mübadiləsinin, ikitərəfli əlaqələrin hər iki ölkədə qeydiyyat və kadastr sisteminin inkişafında mühüm rol oynayacağı qeyd olunub. Səfər çərçivəsində nümayəndə heyətinə maraqlı olan bütün mövzular müzakirə edilib, verilən suallar cavablandırılıb. 

Son xəbərlər

Orphus sistemi