Bakı. 23 mart. REPORT.AZ/ Azərbaycan biznes-aviasiya operatoru Silk Way Business Aviation ölkədə ilk Gulfstream G650 təyyarəsini əldə edib.
"Report" BizAvia saytına istinadən xəbər verir ki, təyyarə 4K-AI88 bort nömrəsinə malikdir və artıq Bakı Beynəlxalq hava limanına gətirilib. Təyyarə gələn həftənin əvvəllərində uçuşlara başlayacaq.
Qeyd edək ki, təyyarənin uzunluğu 29,37 metr, qanad açıqlığı 30,36 metr, sürəti 982 km/saat, praktiki uçuş məsafəsi 13 min km təşkil edir.