Surqut-Lənkəran aviareysinin açılması təxirə salınıb

Surqut-Lənkəran aviareysinin açılması təxirə salınıb Reys "UTair" aviaşirkəti tərəfindən "Boeing 737" layneri ilə həyata keçiriləcək
İnfrastruktur
21 İyun , 2015 10:17
Surqut-Lənkəran aviareysinin açılması təxirə salınıb

Bakı. 21 iyun. REPORT.AZ/ Bu gündən etibarən Rusiyanın Surqut şəhərindən Lənkərana açılması planlaşdırılan aviareys təxirə salınıb. 

Lənkəran Beynəlxalq Hava Limanından “Report”a verilən məlumata görə, uçuş rəsmən açıqlanmayan səbəbə görə qarşı tərəf - "UTair" aviaşirkəti tərəfindən təxirə salınıb. Reysin nə zaman açılacağı da bildirilmir.

Qeyd edək ki, Rusiyanın "UTair" aviaşirkəti bu reysi "Boeing 737" təyyarəsi ilə həyata keçirmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi