Bakı. 28 iyun. REPORT.AZ/ Gürcüstan Suriya aviaşirkətləri üçün hava məkanını bağlayıb.
"Report" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, buna səbəb Suriyanın Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimlərin müstəqilliyini tanımasıdır.
Qeyd edək ki, Suriyanın 2 aviaşirkəti - "Syrian Air" и "Cham Wings" paytaxt Dəməşqdən Rusiyaya uçuşları Gürcüstan üzərindən həyata keçirirdi.
"Sakaeronaviqasiya" MMC-nin baş direktoru Qoça Mezrişvilinin sözlərinə görə, hava məkanı bağlandığına görə hazırda ərəblər Azərbaycan üzərindən uçmağa məcbur olub, bu isə uçuş vaxtını artırır.