Yuxarı

Sumqayıtda velosiped yolu salınır

Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 km olan ərazidə bulvarın inşasına başlanılıb

Bakı. 6 may. REPORT.AZ/ Sumqayıt şəhərində təhküləsiz şəkildə velosiped idmanı ilə məşğul olmaq istəyənlər yaxın zamanlarda bu istəklərini reallaşdıra biləcəklər. Sumqayıt şəhər Dənizkənarı Bulvar layihəsində velosiped idmanı da nəzərə alınıb. 

"Report" xəbər verir ki, ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 km olan ərazidə bulvarın inşasına başlanılıb. Hazırda bulvarda istinad divarı çəkilib və bulvarın 500 metrlik hissəsində işlər tamamlanmaq üzrədir.

Bulvarda şəhər sakinlərinin piyada gəzintisi, kiçikölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı, velosiped idmanı ilə məşğul olmaq istəyənlər üçün də eni 3 metr olan xüsusi hərəkət zolağı salınır.

Bununla yanaşı, bulvarda istirahət obyektləri, atraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu inşa ediləcək, çimərlik zonasında da əsaslı işlər görülərək sakinlərin istifadəsinə veriləcək. Sahil hissədə estakadalar qurulacaq və şəhərin dəniz akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi