Sumqayıtda avtomobil yollarının əsaslı təmirinə 4 milyon manat ayrılıb

Sumqayıtda avtomobil yollarının əsaslı təmirinə 4 milyon manat ayrılıb ​Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
İnfrastruktur
20 Aprel , 2017 17:59
Sumqayıtda avtomobil yollarının əsaslı təmirinə 4 milyon manat ayrılıb

Bakı. 20 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2017-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 4 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi