Sumqayıtda avtobus marşrutlarının hərəkət sxeminə dəyişiklik edilib

Sumqayıtda avtobus marşrutlarının hərəkət sxeminə dəyişiklik edilib Sərnişinlərin rahat hərəkəti üçün həmin yollarda xüsusi "ciblər" və piyada keçidləri çəkilir
İnfrastruktur
14 Sentyabr , 2015 16:42
Sumqayıtda avtobus marşrutlarının hərəkət sxeminə dəyişiklik edilib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bakı-Sumqayıt sərnişin elektrik qatarının istismara verilməsilə əlaqədar Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti Sumqayıt şəhərində sərnişindaşıma xidmətlərinin yüksək səviyyədə təşkili məqsədilə bir sıra tədbirlər həyata keçirib.

Nazirlikdən “Report”a verilən məlumata görə, tərtib olunan proqram əsasında dəmir yolu yaxınlığından keçən şəhərdaxili avtobus marşrutlarının bir neçəsinin hərəkət sxeminə dəyişiklik edilib. Sumqayıt şəhərində Koroğlu prospekti ilə hərəkət edən 5, 7, 7a, 10, 25, 30 və 39 saylı marşrut avtobusları Ü.Hacıbəyli küçəsindən dəmir yolu stansiyasına dönərək sərnişinlərin daşınmasını təmin edəcək.

Qeyd olunub ki, hazırda bu ərazidə avtobusların dayanacaq yerləri üçün xüsusi "ciblər" və piyada keçidləri çəkilir.

Son xəbərlər

Orphus sistemi