Bakı. 14 sentyabr. REPORT.AZ/ Bakı-Sumqayıt sərnişin elektrik qatarının istismara verilməsilə əlaqədar
Nazirlikdən “Report”a verilən məlumata görə, tərtib olunan proqram əsasında dəmir yolu yaxınlığından keçən şəhərdaxili avtobus marşrutlarının bir neçəsinin hərəkət sxeminə dəyişiklik edilib. Sumqayıt şəhərində Koroğlu prospekti ilə hərəkət edən 5, 7, 7a, 10, 25, 30 və 39 saylı marşrut avtobusları Ü.Hacıbəyli küçəsindən dəmir yolu stansiyasına dönərək sərnişinlərin daşınmasını təmin edəcək.
Qeyd olunub ki, hazırda bu ərazidə avtobusların dayanacaq yerləri üçün xüsusi "ciblər" və piyada keçidləri çəkilir.