Sumqayıt sərnişin stansiyasının inzibati binasının özülü tökülüb

Sumqayıt sərnişin stansiyasının inzibati binasının özülü tökülüb Artıq işarəvermə və rabitə avadanlıqları binası tikilib
İnfrastruktur
30 Noyabr , 2015 11:59
Sumqayıt sərnişin stansiyasının inzibati binasının özülü tökülüb

Bakı. 30 noyabr. REPORT.AZ/ Sumqayıt sərnişin stansiyasının inzibati binasının tikintisi davam edir. Belə ki, Bakı-Sumqayıt-Bakı marşrutu boyu infrastrukturun müasirləşdirilməsi görülən işlər sırasındadır. Bu ilin sentyabr ayında sahəsi 10 min kv. metr olan beşmərtəbəli Sumqayıt sərnişin stansiyasının binası yararsız halda olduğu üçün sökülüb və yerində yeni inzibati binanın tikintisinə başlanılıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, artıq binanın özülü tökülüb. Yeni inzibati bina ikimərtəbəli, müasir üslubda olacaq: "Burada çalışan dəmiryolçular üçün hər cür şərait yaradılacaq".

İlkin olaraq, hərəkətin ahəngdarlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə işarəvermə və rabitə avadanlıqları binası tikilib. Hazırda bu otaqlarda tamamlama işləri aparılır. 

Son xəbərlər

Orphus sistemi