Sumqayıt sərnişin stansiyasının elektrik təchizatı sistemi yenidən qurulur

Sumqayıt sərnişin stansiyasının elektrik təchizatı sistemi yenidən qurulur Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) İnfrastruktur departamentinə məxsus Əsaslı Təmir MMC Bakı-Sumqayıt-Bakı dairəvi yolunda elektrik təchizatı sistemini yeniləyir.
İnfrastruktur
6 Sentyabr , 2018 16:45
Sumqayıt sərnişin stansiyasının elektrik təchizatı sistemi yenidən qurulur

Bakı. 6 sentyabr. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İnfrastruktur departamentinə məxsus  "Əsaslı Təmir" MMC Bakı-Sumqayıt-Bakı dairəvi yolunda elektrik təchizatı sistemini yeniləyir.

ADY-dən "Report"a verilən məlumata görə, bu barədə şirkətin direktoru Abbas Qəmbərov məlumat verib. 

Onun sözlərinə görə, hazırda Sumqayıt sərnişin stansiyasının elektrik təchizatı sistemi yenidən qurulur. Burada 20 ədəd yeni rigel quraşdırılıb və 20 ədəd dayaq basdırılıb.

Təmir işləri davam edir.

Son xəbərlər

Orphus sistemi