​Sumqayıt Kimya Sənaye Parkı tender elan edib

​Sumqayıt Kimya Sənaye Parkı tender elan edib Tender Parkın ərazisində xarici yağış suyu şəbəkəsinin tikintisi üçün keçirilir
İnfrastruktur
17 Dekabr , 2015 17:43
​Sumqayıt Kimya Sənaye Parkı tender elan edib

Bakı. 17 dekabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin "Sumqayıt Kimya Sənaye Parkı" MMC Sumqayıt Kimya Sənaye Parkının ərazisində xarici yağış suyu şəbəkəsinin tikintisi işlərinin satın alınması üçün təkliflər sorğusu keçirir. "Report"un məlumatına görə, tender üçün son tarix 25 dekabr müəyyən edilib.

Məlumata görə, tenderdə iştirak etmək istəyən iddiaçılar lazım olan digər sənədlərlə yanaşı, vergilərə və digər icbari ödənişlərlə bağlı vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanlarından arayış təqdim etməlidir.

Qeyd edək ki, iddiaçı təklifləri dekabrın 28-i saat 17:00-da "Sumqayıt Kimya Sənaye Parkı"nın Bakı şəhəri Xocalı prospekti,37 ünvanında yerləşən "Demirchi Tower"də yerləşən ofisində açılacaq.

Son xəbərlər

Orphus sistemi