Sulutəpədə yeni yerüstü piyada keçidi inşa olunub

Sulutəpədə yeni yerüstü piyada keçidi inşa olunub Keçid biraşırımlı və üstü açıqdır
İnfrastruktur
11 İyul , 2017 17:23
Sulutəpədə yeni yerüstü piyada keçidi inşa olunub

Bakı. 11 iyul. REPORT.AZ/ Bakı-Şamaxı avtomobil yolunun 12,8-ci km-də, paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb. 

"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, dəmir-beton özül dayaqları üzərində qurulan metalkonstruksiyalı piyada keçidi biraşırımlı (orta dayaqsız) və üstü açıqdır. 

Layihəyə uyğun olaraq keçidin uzunluğu 50 metr təşkil edir. Pilləkan hissələri də daxil qalereyasının ümumi uzunluğu 64,75 metr, eni isə 3 metrdir. Keçidin yol səthindən hündürlüyü 5,5 metr-dir.

"Keçidin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb, sərnişin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi cibli hissələr yaradılıb,lazımi yol nişanları quraşdırılıb. Metal konstruksiyalı piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Bununla da həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsi, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkəti təmin olunub",- cəmiyyətin məlumatında bildirilib.

Son xəbərlər

Orphus sistemi