Sulutəpə dairəsindən Biləcəri qəsəbəsi istiqamətində yol təmir olunur

Sulutəpə dairəsindən Biləcəri qəsəbəsi istiqamətində yol təmir olunur Təmir işlərinin aparıldığı sahə 17 min kv. m-ə yaxındır
İnfrastruktur
26 Sentyabr , 2017 15:12
Sulutəpə dairəsindən Biləcəri qəsəbəsi istiqamətində yol təmir olunur
Azəravtoyol.gov.az

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci km-də, Sulutəpə dairəsindən Biləcəri qəsəbəsi istiqamətində (daş bazarı) olan yolun təmirinə start verilib.

"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, təmir işləri Sulutəpə dairəsindən Biləcəri qəsəbəsi istiqamətində, təqribən, 500 m-lik və Baş Dövlət Yol Polisinin stasionar postuna qədər olan 250 m-lik məsafəni əhatə edir. 

Ümumilikdə təmir işlərinin aparıldığı sahə 17 min kv. m-ə yaxındır.

"Sözügedən ərazidə aparılan təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Bəzi ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi məqsədi ilə işlər görülür. Daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub",- deyə məlumatda əlavə edilib.

İşlərin ümumi hərəkətə maksimal dərəcədə mane olmamaq şərti ilə qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi