​Süleyman Rüstəm küçəsində mərmər səki daşları quraşdırılır

​Süleyman Rüstəm küçəsində mərmər səki daşları quraşdırılır Yaxın günlərdə yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq
İnfrastruktur
10 Mart , 2015 13:02
​Süleyman Rüstəm küçəsində mərmər səki daşları quraşdırılır

Bakı. 10 mart. REPOERT.AZ/ Bakə şəhərinin Nəsimi rayonunda Süleyman Rüstəm küçəsində təmir işləri davam etdirilir. Uzunluğu 220 metr, hərəkət hissəsinin eni 15 metr təşkil edən küçədə köhnə asfalt-beton örtüyünün qaşınması başa çatdırılıb.

Ərazidə aparılan təmir-bərpa işləri haqda "Report"a Nəqliyyat Nazirliyi "Azeryolservis" ASC-nin mətbuat katibinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

O, qeyd edib ki, hazırda beton səki daşları mərmər səki daşları ilə əvəzlənir. "Yaxın günlərdə yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq", - deyə P.Mürsəliyev bildirib. 

Son xəbərlər

Orphus sistemi