​"Stadler" "Aeroekspress"ə məxsus iki qatarın Azərbaycana satıldığını təsdiq edib

​"Stadler" "Aeroekspress"ə məxsus iki qatarın Azərbaycana satıldığını təsdiq edib "Azərbaycan Avropa Oyunları ilə əlaqədar təcili olaraq iki qatar sifariş vermişdi"
İnfrastruktur
6 İyun , 2015 08:08
​Stadler Aeroekspressə məxsus iki qatarın Azərbaycana satıldığını təsdiq edib

Bakı. 06 İyun. REPORT.AZ/ İsveçrənin "Stadler" şirkəti iki qatarın "Azərbaycan Dəmir Yolları" QSC-yə satıldığını rəsmi olaraq təsdiq edib.

"Report" xəbər verir ki, bu barədə şirkətə istinadən "Qazeta.ru" məlumat yayıb.

"2015-ci il iyunun 12-dən 28-dək Bakıda ilk Avropa Oyunları keçiriləcək. Bununla əlaqədar "Azərbaycan Dəmir Yolları" təcili olaraq iki qatar sifariş vermişdi. "Stadler Rail Group"un bu sifarişlərinin operativ yerinə yetirilməsini təmin etmək üçün "Aeroekspress"in ehtiyacları üçün artıq hazır edilən iki qatarın bu məqsədlə istifadə edilməsi qərara alındı. Beləliklə, iki qatar ADY-yə göndərildi və bu, heç bir halda Rusiyadan olan müştəri üçün müqavilənin yerinə yetirilməsinə təsir göstərmir. "Stadler" bununla paralel olaraq "Aeroekspress" üçün müqaviləyə əsasən, 25 ikimərtəbəli qatarın istehsalını cədvəl üzrə dəqiq şəkildə davam etdirir", - deyə şirkətin məlumatında bildirilib.

Son xəbərlər

Orphus sistemi