"Sovetski"yə gedən əsas küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq

"Sovetski"yə gedən əsas küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq Ərazidə yol təmir olunur
İnfrastruktur
6 İyun , 2017 15:29
Sovetskiyə gedən əsas küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq

Bakı. 6 iyun. REPORT.AZ/ Bakının Yasamal rayonundakı “Sovetski” adlı ərazinin yenidən qurulması layihəsi çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti açılan Nərimanov prospektində və Abdulla Şaiq küçəsində təmir işləri davam etdirilir. 

"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, bununla əlaqədar sabahdan həmin küçə və prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. 

"Məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə saxlanılacaq. İşlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulub. Sürücülərdən təmir işləri bitənədək hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur",- deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi