Son iki ildə Bakıda satışa çıxarılan torpaqların sayı 19% artıb

Son iki ildə Bakıda satışa çıxarılan torpaqların sayı 19% artıb Pirallahı və Qaradağ rayonları üzrə torpaq bazarında təkliflər olmasına baxmayaraq, həmin ərazilərə təlabat azdır
İnfrastruktur
31 Mart , 2017 15:22
Son iki ildə Bakıda satışa çıxarılan torpaqların sayı 19% artıb

Bakı. 31 mart. REPORT.AZ/ Bakı şəhərində 2015-ci ilin fevral ayından 2017-ci ilin fevral ayına kimi torpaq bazarında təklif 19,4% artıb və nəticədə, bazara satış üçün təklif olunan elanların sayı 437-yə qalxıb. Müqayisədə 2014-cü ilin mart ayında bazara çıxarılan torpaq sahələrinin satış elanlarının sayı 815 ədəd olub. Beləliklə, 2014-cü ilin mart ayından 2017-ci ilin fevral ayına kimi torpaq bazarında 46% enmə müşahidə olunur. 

“Report” xəbər verir ki, bu, "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin monitorinq qrupunun apardığı araşdırmalar nəticəsində üzə çıxıb.

Bu ilin fevralında ümumi təklif portfelində rayonların payı aşağıdakı kimi olub:

Diaqramda göründüyü kimi, təklif portfelində satışa çıxarılan torpaq sahələri əsasən Sabunçu (29,7%) və Xəzər (28,2%) rayonlarında yerləşir. Növbəti böyük paya malik olan rayonlar Suraxanı (15,9%) və Binəqədidir (12,6%). Qeyd edilən rayonlarda üstünlüyü əsasən fərdi yaşayış və bağ evləri təşkil edir.

Səbail, Xətai rayonları üzrə təklifin göstəricisi 3,8%, Nizami və Qaradağ rayonlarında isə 1,8% təşkil edib. Ən az paya sahib olan Nərimanov (1,0%), Yasamal (0,8%), Pirallahı (0,5%) və Nəsimi (0,3%) rayonlarıdır. Səbail, Xətai, Nizami, Yasamal və Nəsimi rayonlarında torpaq sahələri əsasən çoxmərtəbəli binalarla tutulub və boş torpaq sahələri çox az saydadır.

Pirallahı və Qaradağ rayonları üzrə torpaq bazarında təkliflər olmasına baxmayaraq, həmin ərazilərə tələbat azdır.

Təklif portfelinin torpağın sahəsi üzrə pay bölgüsü aşağıdakı kimidir:

Təklif portfelinin əsas, yəni 70,8%-ni “kiçik sahəli torpaqlar (0-10 sot)” tutur. Növbəti paya malik olan “orta sahəli torpaqlar (10-100 sot)” 28,8% təşkil edir. Ən az paya sahib olan “böyük sahəli torpaq (101-700 sot)” sahələridir ki, onlar da 0,4%-ə bərabərdir. Beləliklə, Bakı şəhərinin rayonları üzrə satışa çıxarılan əsasən kiçik sahəli torpaqlar üstünlük təşkil edir.

Həmçinin qeyd etmək lazımdır ki, təklif olunanan torpaq sahələri “kupçalı” (sənədlə) və “kupçasız” (sənədsiz) bazara cıxarılıb. "Kupçalı” torpaqların payı 73%, “kupçasız”ların isə 27% olub.

2017-ci ilin fevral ayında torpaq bazarındakı qiymətləri aşağıdakı kimi olub:

Rayon Qəsəbə Qiymət (manat/sot)
Sabunçu Bilgəh qəs. 3 904
Bilgəh qəs. dəniz kənarı 16 717
Zabrat 6 338
Ramana 3 783
Bakıxanov 33 519
Nardaran 8 500
Nardaran (dəniz kənarı) 15 000-20 000
Savalan qəs. 9 000
Kürdəxanı qəs. 2 000
Suraxanı Hövsan 5 177
Bülbülə qəs 17 500
Yeni Suraxanı qəs. 3 867
Əmircan qəs. 10 571
Yeni günəşli 11 000
Dədə Qorqud 2 000
Bahar qəs. 4500
Qaraçuxur qəs 16 997
Səbail Badamdar, 3 massiv 22 030
Xətai Əhmədli 27 143
H.Aslanon qəs. 34 797
Xəzər Dübəndi 2 800
Qala 3 175
Binə qəs. 3 139
Binə qəs. (Mərdəkan şosesi) 9 875
Qala 3 175
Mərdəkan 6 622
Buzovna 6 983
Şüvəlan 4 333
Türkən 2 100
Zirə 1 767
Şağan 11 500
Yasamal Yeni Yasamal qəs. 18 571
Pirallahı Gürgan qəsəbəsi 5 000
Binəqədi VI mikrorayon 37 500
VIII mikrorayon 111 250
IX mikrorayon 16 125
Biləcəri qəs. 11 943
Binəqədi qəs. 7 104
Rəsulzadə qəs. 8 595
Sulutəpə qəs. 6 802

Son xəbərlər

Orphus sistemi