Baş nazirin müavini: "Son 10 ildə Azərbaycanın aviasiya sahəsinin inkişafına 15 mlrd. dollar vəsait qoyulub"

Baş nazirin müavini: "Son 10 ildə Azərbaycanın aviasiya sahəsinin inkişafına 15 mlrd. dollar vəsait qoyulub" "Bu sahədə bütün yerüstü infrastruktur da modernləşdirilib"
İnfrastruktur
23 Oktyabr , 2015 10:44
Baş nazirin müavini: Son 10 ildə Azərbaycanın aviasiya sahəsinin inkişafına 15 mlrd. dollar vəsait qoyulub

Bakı. 23 oktyabr. REPORT. AZ/ Son 10 ildə Azərbaycanın aviasiya sahəsinin inkişafına 15 mlrd. dollar vəsait qoyulub. Bunun hesabına sahənin bütün seqmentləri modernləşdirilib. 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) və Dövlətlərarası Şuranın orqanı olan Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) 25 illiyinə həsr olunan sessiyada Azərbaycan baş nazirinin müavini Abid Şərifov bildirib.

Onun sözlərinə görə, eyni dövrdə ölkədə 4 yeni hava limanı tikilib, ikisi modernləşdirilib. "Bütün təyyarə və vertolyot parkı yenilənib. Son illər sərnişinlərə "Boeing", "Embraer" kimi ən müasir təyyarələr xidmət göstərir", - deyə A.Şərifov qeyd edib. 

Baş nazirin müavini əlavə edib ki, bu sahədə bütün yerüstü infrastruktur da modernləşdirilib. A.Şərifov bildirib ki, bu gün keçirilən sessiya da bu tədbirin əhəmiyyətini vurğulayır.

Son xəbərlər

Orphus sistemi