SOCAR Rumıniyada 40-cı yanacaqdoldurma məntəqəsini istifadəyə verib

SOCAR Rumıniyada 40-cı yanacaqdoldurma məntəqəsini istifadəyə verib Bakı. 1 noyabr. REPORT.AZ/ Rumıniyanın Timişoara şəhərində SOCAR brendi ilə yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.
İnfrastruktur
1 Noyabr , 2018 17:06
SOCAR Rumıniyada 40-cı yanacaqdoldurma məntəqəsini istifadəyə verib
0 : 00
0 : 00

Bakı. 1 noyabr. REPORT.AZ/ Rumıniyanın Timişoara şəhərində  SOCAR brendi ilə yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

“Report”un Rumıniya KİV-inə istinadən verdiyi məlumata görə, bu, Rumıniyada SOCAR brendi ilə açılan 40-cı yanacaqdoldurma məntəqəsidir.

Yeni YDM ən müasir texnologiyalarla, müasir avadanlıqlarla təchiz edilib ki, bunlar da az enerji istifadə etməklə elektromobilləri enerji ilə təchiz etməyə imkan verir.

Belə ki, “SOCAR Petroleum” şirkəti  "Nano” markalı 4 növ yanacaq satışını həyata keçirir. “SOCAR” YDM-lərində müştərilər hesabların, kommunal xidmətlərin ödənilməsi xidmətindən də istifadə edə bilərlər.

Məntəqədə həmçinin elektriklə işləyən avtomobillər üçün şarj da quraşdırılıb. Müştərilərə YDM ərazisindəki "Nar" kafedə yerli və Azərbaycan məhsulları, eləcə də pulsuz internet xidməti təqdim olunur.

Xatırladaq ki, SOCAR Rumıniyanın 18 rayonunda YDM şəbəkəsinə malikdir.

Son xəbərlər

Orphus sistemi