"SOCAR Polymer"in tikinti işlərinə 1 100 nəfər cəlb edilib

"SOCAR Polymer"in tikinti işlərinə 1 100 nəfər cəlb edilib “SOCAR Polymer” şirkəti ilə kiçik və orta sahibkarların görüşü təşkil ediləcək
İnfrastruktur
21 İyul , 2016 20:23
SOCAR Polymerin tikinti işlərinə 1 100 nəfər cəlb edilib

Bakı. 21 iyul. REPORT.AZ/ “SOCAR Polymer” MMC Sumqayıt Kimya Sənaye Parkında Avstriya və Kanada texnologiyası əsasında illik istehsal gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen olan zavodlar inşa edir.

"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin sədrliyi ilə keçirilən kollegiya iclasında bildirilib.

Toplantıda qeyd olunub ki, hazırda polimerlərin istehsalı üzrə iştisaslaşmış ölkələrin istehsal etdiyi avadanlıqlar parkın ərazisinə gətirilməkdədir. “SOCAR Polymer” MMC istehsal prosesində yerli xammaldan - “Azərikimya” İstehsalat Birliyində istehsal olunan propilen və etilendən istifadə edəcək. Ümumi investisiyanın həcmi 700 mln. ABŞ dolları olan layihə çərçivəsində 300 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulur. Hazırda tikinti işlərinə 1100 nəfər cəlb edilib. 2018-ci ildən müəssisədə istehsal prosesinə başlanacaq.

Kollgiyada vurğulanıb ki, müəssisədə istehsal olnacaq polimerlər – polipropilen, yüksək və aşağı sıxlıqlı polietilen sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələrdə, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərində xammal kimi geniş istifadə olunacaq. Bu isə sənaye məhsullarının rəqabətqabiliyyətinin artırılmasında, kiçik və orta sahibkarlar tərəfindən yeni istehsal klasterlərinin yaradılmasında əhəmiyyətli olacaq. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində bu imkanlardan yararlanmaq məqsədilə “SOCAR Polymer” şirkəti ilə kiçik və orta sahibkarların görüşü təşkil ediləcək.

Qeyd edək ki, “SOCAR Polymer” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biridir. 

Son xəbərlər

Orphus sistemi