SOCAR-da xilasedicilərin işə qəbulu üzrə peşə sınaq imtahanı keçirilib - FOTO

SOCAR-da xilasedicilərin işə qəbulu üzrə peşə sınaq imtahanı keçirilib - FOTO Müsabiqənin ilkin mərhələsində vakansiya üzrə 553 namizəd müraciət edib
İnfrastruktur
21 May , 2016 07:22
SOCAR-da xilasedicilərin işə qəbulu üzrə peşə sınaq imtahanı keçirilib - FOTO

Bakı. 21 May. REPORT.AZ/ SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi tərəfindən elan olunmuş “Xilas edən matros” vakansiyası üzrə müsabiqənin peşə sınaq imtahanı mərhələsi İnsan Resursları Departamentinin, Dalğıc və Qəza-xilasetmə işləri İdarəsinin, eləcə də Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin nümayəndələrinin iştirakı ilə dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinin hovuzunda keçirilib.

"Report"un AzərTAC-a istinadən verdiyi məlumata görə, imtahandan əvvəl namizədlərə hovuzda təhlükəsizlik qaydaları, tapşırıq normativləri haqqında məlumat verilib.

Bildirilib ki, müsabiqənin ilkin mərhələsində vakansiya üzrə 553 namizəd müraciət edib, vakansiyanın tələblərinə cavab verən 482 nəfər test imtahanına dəvət olunub.

Test imtahanında uğurlu nəticə göstərmiş 340 namizəd peşə sınaq imtahanında iştirak etmək hüququnu qazanıb. Bütün namizədlərə öz bacarıqlarını nümayiş etdirmək üçün hər cür imkan və şərait yaradılıb.

Vakansiyanın tələblərinə uyğun olaraq bütün praktiki tapşırıqları uğurla yerinə yetirən namizədlərin davranış keyfiyyətləri də İnsan Resursları Departamentinin mütəxəssisləri tərəfindən qiymətləndirilib.

SOCAR-in rəsmi internet səhifəsində elan olunan digər vakansiyalar üzrə müsabiqələr davam edir.

Son xəbərlər

Orphus sistemi