Şirvanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 2,8 milyon manat ayrılıb

Şirvanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 2,8 milyon manat ayrılıb Bakı. 3 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev aprelin 3-də Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
İnfrastruktur
3 Aprel , 2018 18:26
Şirvanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 2,8 milyon manat ayrılıb

Bakı. 3 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev aprelin 3-də Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 2,8 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi