"Singapore Airlines" "Airbus A380" laynerlərini yoxlayacaq

"Singapore Airlines" "Airbus A380" laynerlərini yoxlayacaq Singapore Airlines aviaşirkəti 2004-2006-cı illərdə buraxılan Airbus A380 markalı 4 ədəd təyyarəni laynerlərin qanadında mümkün çatlar olması ilə bağlı daxil olan informasiya səbəbindən xüsusi yoxlamadan keçirəcək.
İnfrastruktur
9 İyul , 2019 12:36
Singapore Airlines Airbus A380 laynerlərini yoxlayacaq

"Singapore Airlines" aviaşirkəti 2004-2006-cı illərdə buraxılan "Airbus A380" markalı 4 ədəd təyyarəni laynerlərin qanadında mümkün çatlar olması ilə bağlı daxil olan informasiya səbəbindən "xüsusi yoxlama"dan keçirəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının yaydığı bəyanatda vurğulanıb.

"Avropa Aviasiya Təhlükəsizliyi Agentliyindən (EASA) qanadın arxa lonjeronlarında qüsur ola biləcəyi ilə bağlı məlumat almışıq və bu səbəbdən parkımızda olan dörd ədəd təyyarədə xüsusi yoxlama həyata keçiriləcək. Müştərilərin və ekipajın təhlükəsizliyi şirkət üçün prioritet rol oynayır və hərtərəfli yoxlama həyata keçiriləcəyinə təminat veririk", - deyə bəyanatda qeyd olunub.

Sinqapur aviadaşıyıcısının parkında, ümumilikdə, 19 ədəd "Airbus A380" təyyarəsi var. Eyni zamanda "Singapore Airlines" 2007-ci ilin oktyabr ayından etibarən bu təyyarələrdən istifadə edən ilk aviaşirkət olub.

Son xəbərlər

Orphus sistemi