Yuxarı

"Silkway Airlines" yeni yük təyyarəsi alıb

Bu, aviaşirkətin aldığı 4-cü Boeing 747-8F təyyarəsidir

Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycanın milli yük aviadaşıyıcısı olan “Silkway Airlines” şirkəti yeni “Boeing 747-8F” təyyarəsi alıb.

Şirkətin mətbuat xidmətindən “Report”a bildirilib ki, bu, aviaşirkət tərəfindən istismar olunacaq artıq 8-ci “Boeing” tipli və 4-cü “Boeing 747-8F” təyyarəsidir. Yeni təyyarənin tədarükü aviaşirkətə ABŞ-a yeni istiqamətlər də daxil olmaqla, uçuş coğrafiyasını daha da genişləndirməyə imkan verəcək.

Azərbaycanın paytaxtından Milan, Lüksemburq, Frankfurt, İstanbul, Dubay, Seul, Honkonq və Şanxaya mövcud birbaşa müntəzəm reyslərlə yanaşı, Çikaqo və Dəkkəyə yeni reyslərin açılması planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi